AZ

Ağdam Cümə məscidində ilk azan oxunub - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.AzVision.az bildirir ki, işğal dövründə vandalizmə məruz qalaraq yandırılmış Ağdam Cümə məscidində bu gün uzun illər sonra ilk dəfə azan oxunub.

Məlumat üçün bildirək ki, məscidin konservasiya və restavrasiya işləri ilkin memarlıq üslubuna uyğun şəkildə Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq" şirkətinin dəstəyi ilə aparılıb və məscid tarixi görkəminə qaytarılıb.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
12
Mənbələr
Şərh ()
Bağla