AZ

"Meta"nın gəlirləri artıb

"Meta" yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

Valyuta.az xəbər verir ki, müvafiq olaraq, şirkətin bu ilin ilk rübündəki gəliri keçən illə müqayisədə 27 faiz artaraq 36,5 milyard dollara çatıb. "Meta" 2023-cü ilin birinci rübündə 28,6 milyard dollar gəlir əldə etmişdi. Şirkətin bu dövrdəki gəliri 36,2 milyard dollarlıq bazar gözləntilərini üstələyib. 

"Meta"nın xalis mənfəəti bu ilin ilk rübündə 117 faiz artaraq 12,4 milyard dollara çatıb. Şirkət 2023-cü ilin birinci rübündə 5,7 milyard dollar mənfəət açıqlamışdı. MArk Zukerberqin rəhbəri olduğu "Meta"nın 2023-cü ilin ilk rübündə 2,20 dollar olan səhm gəlirləri bu ilin eyni dövründə 4,71-ə yüksəlib.

Martın sonuna olan məlumata görə, "Meta"nın işçilərinin sayı keçən illə müqayisədə 10 faiz azalaraq 69 min 329-a düşüb. 

"Meta"nın CEO-su açıqlamasında bu ilə yaxşı başladıqlarını ifadə edib. "Meta AI"nin yeni versiyasının dünyanın qabaqcıl süni intellektinin yaradılması istiqamətində atılan daha bir addım olduğunu bildirən Zukerberq şirkətin tətbiqlərində sağlam artım müşahidə etdiyini yazıb.

Elmir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla