AZ

U-17 millimiz Özbəkistana da uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, yığmamız paytaxt Minsk şəhərindəki “ABFF Technical Center”də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Turnirin bu gün keçiriləcək digər oyununda meydan sahibi Belarus milli komandası Tacikistan yığması ilə qarşılaşacaq.

Füzuli Məmmədovun rəhbərlik etdiyi yığmamız ilk turda Belarusa da 0:4 hesabıyla uduzmuşdu.

Xatırladaq ki, U-17 millimiz aprelin 28-də, saat 13:00-da Tacikistan yığması ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla