AZ

Faiq Ağayevə SƏRT QADAĞA tətbiq edildi

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.

Publika.az xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarım saatlıq çıxışlarla iştirak edəcək.

Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarım saatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
12
Mənbələr
Şərh ()
Bağla