AZ

PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi - Video

İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib. Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə “Qarabağ” (Azərbaycan), “İnter” (İtaliya), “Bayer” (Almaniya) və “Ferensvaroş”u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib.

Qeyd edək ki, iclasda “Qarabağ”ı təmsil edən klubun İdarə Heyətinin üzvü Asif Əsgərov həm də UEFA-da Komitə üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
Mənbələr
Şərh ()
Bağla