AZ

Heydər Əliyevə təsəlli üçün gətirilən o daş öz yerindədir – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Tribunainfo.az-ın məlumatına görə, açılışda diqqətçəkən məqam 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan bir parça daşın məscidə qaytarılmasıdır.
Belə ki, amerikalı həmsədrin “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”, deməyindən illər sonra həmin daş Ağdam Cümə məscidinin təmir-bərpası zamanı əvvəlki yerinə yerləşdirilib.
Həmin həssas görüntüləri oxuculara yenidən təqdim edirik:

 








 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
Mənbələr
Şərh ()
Bağla