AZ

Fuat Oktay: Qarabağ məsələsi həll olundu, hazırda proseslərin növbəti mərhələsi gedir

“Dünyada baş verən bütün münaqişələr Türk dünyasına da bilavasitə təsir göstərir”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Komitə sədri Fuat Oktay bugünkü birgə mətbuat konfransında bildirib.

O həmçinin Türkdilli dövlətlər arasındakı əməkdaşlıq imkanlarından danışıb: “Burada söhbət birtərəfli əlaqələrdən getmir. Bizim bölgəyə nəzər salsaq, burada baş verən hadisələr: Rusiya-Ukrayna müharibəsi, İran-İsrail gərginliyi və bu kimi digər məsələlər bütövlükdə Türk dünyasına təsir edir. Lakin hər problemin həlli yolu var. Azərbaycanla Ermənistan arasında olan Qarabağ məsələsi həll olundu və hazırda ölkələr arasındakı proseslərin növbəti mərhələsi gedir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin geniş iqtisadi potensialı var. Bu potensialı əməldə istifadə etdiyimiz zaman atacağımız addımlar dünyada sülhün təşviqinə geniş imkanlar yaradacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla