AZ

Tehranda "erməni soyqırımı" tədbiri keçirildi

Aprelin 24-də Tehran şəhərinin Sərkis kilsəsində 24 aprel "erməni soyqırımı"nın ildönümü ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Erməni din xadimləri, İran parlamentinin erməni üzvləri, şəhər rəsmiləri və başqalarının iştirak etdiyi tədbirdə Türkiyə əleyhinə ənənəvi iddialar səsləndirilib.

Tədbir Tehran şəhər bələdiyyəsi və şəhər şurasının rəsmi icazəsi ilə keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
23
Mənbələr
Şərh ()
Bağla