AZ

İran PKK-nı niyə dəstəkləyir? - VİDEO

Türkiyənin Müdafiə naziri Yaşar Güler “CNN Türk”ə müsahibə verib. Onun açıqlamalarında bir məqam xüsusi diqqət çəkib. Belə ki, nazir Türkiyə Silahlı Qüvvələrinin sərhəddə terrorçulara qarşı əməliyyatları zamanı PKK üzvlərinin İrana qaçması və İran hərbçilərinin bunu ört-basdır etməsi faktından danışıb.

“Terrorla mübarizəni İran, İraq və Suriya ilə sərhəddə həyata keçiririk. İranla sərhəddə PKK üzvləri ilə mübarizə aparırıq. Onlar sərhədin o tayına qaçırlar. İranlı dostlarımıza onların hara getdiyini deyirik, çünki PUA-larla onları izləyirik. İran isə bizə deyir ki, orada heç kim yoxdur. Təbii ki, bu bizi narahat edir. Onlarla bunu davamlı şəkildə müzakirə edirik, amma nəticə əldə edə bilmirik”, - deyə nazir bildirib.

Daha öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan da oxşar açıqlama verib, həmçinin iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşlərdə PKK-ya qarşı birgə mübarizə aparmaq çağırışı edib, o cümlədən Suriyadan PKK-nın təmizlənməsi üçün İranla əməkdaşlığın önəmini vurğulayıb.

Bu ilin yanvar ayında İran prezidentinin Ankaraya rəsmi səfəri zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da PKK və onun qollarına qarşı İranla əməkdaşlığı gücləndirmək zərurətindən danışıb. 

Lakin görünən odur ki, rəsmi Tehran bu çağırışlara üzdə müsbət münasibət göstərsə də, əməldə nəinki Türkiyənin PKK-ya qarşı mübarizəsinə dəstək vermir, əksinə, özünün regional oyunları və bölgədəki maraqları çərçivəsində bu terror təşkilatını himayə edir.

Bu barədə ətraflı “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
32
oxu.az

10Mənbələr