AZ

Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ

"Müharibədən keçən qısa müddət ərzində azad edilmiş ərazilərdə çox böyük işlər görülür. Başqa dövlətlərdə olsaydı, qısa zamanda bu qədər işlər görmək mümkün olmazdı. Azərbaycan dövləti artıq ərazilərin bərpasına 16 milyard manata yaxın vəsait ayırıb. Eyni zamanda dövlət başçısı da mütəmadi olaraq həmin ərazilərdə olur. Faktiki olaraq hər ay ölkə başçısı azad edilmiş torpaqlarda işlərə yerində nəzarət edir".
 
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
 
O qeyd edib ki, Prezident Administrasiyasının rəhbərinin sədrliyi ilə formalaşmış komissiya da bu işlərin icrasında birbaşa nəzarət olunur:
 
“Azad edilmiş ərazilərdə bu baxımdan icra olunan işlər yüksək səviyyədə yerinə yetirilir. İşıq-qaz, yol və digər infrastruktur layihələri müasir tələblərlə qurulur”.
 
 
Millət vəkili bildirib ki, ərazidə həyati əhəmiyyət kəsb edən məsələlərə ciddi nəzarət var:
 
“Artıq yenidən qurulan yaşayış məntəqələrinə geri qayıdış həyata keçirilir. Sözsüz ki, işlər nə qədər tez yekunlaşarsa, məskunlaşma da intensivləşə bilər”.
 
Vahid Əhmədov hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesinin getdiyini söyləyib:
 
“Bu amil təhlükəsizliklə bağlı mühüm faktordur. Bütün bunların fonunda ərazidə bərpa-quruculuq işləri daha geniş vüsət alıb. Qarşıdakı 10 il müddətində keçmiş məcburi köçkünlərin öz ata-baba ocaqlarına köçünün yekunlaşması gözlənilir. Hazırda bölgədə müasir tələblərə cavab verən tikinti-quruculuq işləri gedir. Hər bir rayonun baş planı hazırlanıb. Bütün işlər planlı şəkildə həyata keçirilir. Görülən işlər dövlət büdcəsi hesabına reallaşır”.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
50
moderator.az

10Mənbələr