- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib.
525.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası daxil olmaqla, bütün məsələlərin istisnasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəklədiyini vurğulayıb.
“O mövqedən çıxış edirik ki, razılaşmalar dayanıqlı, balanslaşdırılmış və qarşılıqlı məqbul xarakteri daşımalıdır. Onlar regionda davamlı sülhə nail olunmasına xidmət etməlidir. Biz tərəflərə bundan sonra da delimitasiya ilə bağlı üçtərəfli razılaşmalar əsasında məsləhətçi yardımı göstərməyə hazır olduğumuzu təsdiqləyirik”, - Rusiya XİN sözçüsü qeyd edib (APA).
Bizi İnstagramda izləyin
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.