AZ

İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2021-ci il martın 19-na keçən gecə Nəsimi rayonu ərazisində yerləşən evlərdən birində iki qardaş arasında yaranan mübahisə qanla bitib.
 
Belə ki, 52 yaşlı Elçin Camalov 53 yaşlı qardaşı Etibar Camalovu qətlə yetirib.
 
Hadisə zamanı yaralanan 52 yaşlı Elçin Camalov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.
 
İstintaqla müəyyən edilib ki, martın 18-də borca görə elektrik enerjisinin kəsilməsi səbəbindən Elçin Camalov 2-ci mərtəbədə yaşayan qardaşı Etibar Camalovun yanına qalxıb, bayram günü qaranlıqda qalmamaları üçün ona aid işıq pulunu ödəməsini istəyib. Qardaşı pulu ödəməkdən imtina etdikdə aralarında mübahisə yaranıb. Heç nə demədən qaldığı evə qayıdan Elçin Camalov anası ilə söhbətində baş verənlərin günahını qardaşının arvadı Kəmalə Camalovada gördüyünü bildirib. Bunları eşidən Etibar isə qardaşına bıçaqla hücum edib.
 
İş üzrə dindirilmiş Elçin Camalov bildirib ki, anası, bacısı və qardaşı Elbrusla bir evdə yaşayıb. Digər qardaşı Etibar həyat yoldaşı ilə hadisədən 3-4 ay əvvəl onlar qalan ünvana köçüb və 2-ci mərtəbədə yaşayıb. Qardaşı işıq pulunun özünə düşən hissəsini ödəməkdən boyun qaçırıb. Bayram ərəfəsində pulu ödəmədiklərinə görə işıqları kəsilib.
 
Buna görə axşam Etibarın yanına qalxaraq deyib ki, işıq pulunun yarısını özü, yarısını da o versin. Köməkləşib borclarını ödəsinlər və bayram günü qaranlıqda qalmasınlar. Etibar onu yola verdikdə, aralarında mübahisə yaranıb. Acıq edən qardaşı pul verməyəcəyini söyləyib, yumruqla Elçin Camalova zərbələr endirib.
 
O isə heç nə etmədən aşağı mərtəbəyə, öz evinə qayıdıb. Anasına qaranlıqda qalmaq istəmədiyini və dostlarının yanına gedəcəyini bildirib. Çölə çıxmağa hazırlaşaraq qapını açanda, gözləmədiyi anda Etibar əlindəki bıçaqla evə soxulub və əvvəl onun başına, sonra da döş qəfəsinə zərbə vurub. Növbəti zərbəni boğazına vurmaq istəyəndə arxaya çəkilib və masanın üzərindəki bıçağı götürüb, onun sinəsinin sağ hissəsinə iki dəfə xəsarət yetirib. Qardaşı bir-iki addım arxaya doğru gedib, pilləkəndə oturub. Ailə üzvlərindən təcili yardım çağırmalarını xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə Camalova ifadəsində göstərib ki, martın 18-də axşam aralarında yaranan mübahisədən sonra Elçin öz otağına gedib və anası ilə danışarkən, onu söyməyə başlayıb. Buna görə Etibar qutunun içərisindən açılıb-qatlanan bıçağı götürüb qardaşının yanına gedib. Beş dəqiqə sonra yoldaşının qışqırdığını eşidib, birinci mərtəbəyə enib. Həkimlər gələndə həyat yoldaşı artıq keçinib.
 
Məhkəmə iclasında Elçin Camalov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, özünü qorumaq məqsədilə qardaşını bıçaqlayıb. İbtidai istintaq ittihamda Elçin Camalovun Etibar Camalovu qəsdən öldürməsi qənaətinə gəlsə də, məhkəmə bunu əsaslı saymayıb və qənaətə gəlib ki, təqsirləndirilən şəxs zəruri müdafiə həddində qeyri-ixtiyari, qəsdin xarakterini və təhlükəlilik dərəcəsini aşmamaqla qardaşına bıçaqla zərbələr vurub və nəticədə sonuncu dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Elçin Camalova bəraət verilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
 
Daha ətraflı Baku TV-nin materialında:

Seçilən
104
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
232
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
209
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
209
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
201
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
191
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
176
Azərbaycanda bu məhsul bahalaşdı
169
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
138
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
135
Helikopter qəzası ilə bağlı yeni xəbər
135
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
134
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
133
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
127
Həlak olan şəxslər sabah dəfn olunacaq
122
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
121
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
115
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
107
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
103
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
101
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
98