AZ

Masallıda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndiərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsibarədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindənbildirilib.

Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlüAslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdanatəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi SeymurAlışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, AslanAğazadə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
12
az.trend.az

10Mənbələr