AZ

Əfsanəvi prezidentin malikanəsində araşdırma: 250 illik sirr üzə çıxdı

Arxeoloqlar ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun Virciniya ştatında Vernon dağındakı malikanəsinin yenidən qurulması zamanı spirtli içki anbarı tapıblar.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər kərpic döşəməni sökərkən möhürlənmiş şüşələrə rast gəliblər.

İlkin təhlillər göstərir ki, şüşələr 1758-1776-cı illərdə basdırılıb, təxminən 250 il toxunulmaz qalıb.

Tapılan içkilər albalıdan hazırlanmış brendidir. Arxeoloqların fikrincə, həm Corc Vaşinqton, həm də həyat yoldaşı Marta brendi, ədviyyatlar, şəkər və albalı şirəsindən hazırlanan içkinin həvəskarı olub.

Tədqiqatçılar deyirlər ki, brendi üçün albalı zənci kölələr tərəfindən toplanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla