AZ

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rayonların birindən gəlirmiş və bu zaman Səbail rayonunda yerləşən BŞBGİ-nə də baş çəkmək barədə qəfil qərar verib. Amma əsl həngamə bundan sonra başlayıb. Komitə sədri təxminən 5 dəqiqə “şlaqbaum”da gözləməli olub, postda adam olmadığına görə “şlaqbaum”u açan olmayıb. Bundan sonra sədrin sürücüsü maşından düşməyə məcbur olub və daha sonra sədrin həyətə daxil olması mümkün olub.

 

Bu barədə Azsiyaset.az-a saytına daxil olan məlumatlarda bildirilir.

 

Qeyd olunur ki, Ş.Bağırovun bir neçə dəqiqə İdarəyə daxil ola bilməməsi ciddi gərginlik yaradıb. Növbəçi hissənin rəisi yerində olmayıb. Hətta gömrük işçilərinin əksəriyyəti sədri tanımayıb:

 

“İlk olaraq, Şahin Bağırov birinci mərtəbədə maliyyə şöbəsinə daxil olub, maliyyə inspektorlarına suallar ünvanlayıb, amma ona cavab verə bilməyiblər. Daha sonra İdarənin rəisi Elmir Ramazanova Komitə sədrinin orada olduğunu deyiblər. Ş.Bağırov Elmir Ramazanovu danlayıb, İdarədəki özbaşınalıqları sərt tənqid edib, insanların narazı qaldığını, incildiyini bildirib və bundan sonra əsəbi şəkildə çıxıb gedib”.

 

Sədr gedəndən sonra BŞBGİ-nin rəisi Elmir Ramazov əl-ayağa düşüb və insanlara yaxınlaşaraq problemlərinin olub-olmadığını soruşub.

 

Redaksiya bildirir ki, bu faktın özü BŞGİ-də özbaşınalıqların, qanunsuzluqların hökm sürdüyünün göstəricisidir.

 

Əldə olunan məlumata görə, BŞBGİ-nin növbəi hissənin rəisi işdən çıxarılıb və yerinə yeni rəis təyin edilib. Yəni, E.Ramazanovun səriştəsizliyinə və idarədəki özbaşınalıqlara görə yalnız növbəçi hissə rəisi cəzalandırılaraq işdən çıxarılıb.

Tarix: 25 Aprel 2024, 13:22   
Seçilən
23
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1329
Azərbaycanda bu məhsul bahalaşdı
1237
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1152
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1011
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1000
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
973
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
965
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
947
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
914
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
786
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
729
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661