AZ

HƏMAS-dan müharibəni bitirmə açıqlaması: “İsrail prosesi uzadır”

HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyə HƏMAS-ın müharibəni bitirmək üçün çalışdığını, lakin İsrailin prosesi uzatdığını bildirib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xəlil əl-Hayyə İsraillə atəşkəs və əsir mübadiləsi üçün dolayısı ilə aparılan danışıqlarla bağlı Əl-Əqsa kanalına açıqlama verib. Xəlil əl-Hayyə bildirib ki, HƏMAS danışıqlarda tam çeviklik nümayiş etdirdi, lakin İsrail prosesi uzadır. O, həmçinin, HƏMAS-ın müharibəni indi bitirmək istədiyini, lakin İsrailin bundan imtina etdiyini qeyd edib. Xəlil əl-Hayyə tam atəşkəs olmadan heç bir razılaşma olmayacağını deyib. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
Mənbələr
Şərh ()
Bağla