AZ

Öz torpaqlarına qayıtmış hər bir sakin həyatından çox məmnundur

Çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edilib. Böyük Qayıdış çərçivəsində mən bu yaxınlarda Zəngilanın Ağalı kəndində oldum, orda məskunlaşmış insanlarla söhbət etdim. Hər bir qayıtmış sakin həyatından çox məmnundur.

Publika.az xəbər verir ki, bu fikirləri bioloji-fizika sahəsi üzrə fəlsəfə doktoru Gülməmməd Məmmədov deyib.

Qarabağ Universitetinin auditoriyasında tədrislə məşğul olmaq istədiyini vurğulayan alim ziyalılara çağırış edərək, onları Böyük Qayıdış prosesinə fəal dəstək verməyə çağırıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
5
Mənbələr
Şərh ()
Bağla