AZ

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxs qaynıdır.

Reyhan Fətəliyeva bildirib ki, hadisədən əvvəl Bayram Fətəliyev onun oğlunu çağırıb:

"Həmin vaxt mən yatmışdım, səsə ayıldım. Ona dedim ki, oğlum evdə yoxdur. Sonra baldızımgilə getdim. Geri qayıdanda qətlin baş verdiyini gördüm. Mərhum Vasif hadisə vaxtı içkili olub. O, həmişə içki içir, sərxoş olur, dava salırdı. Əvvəllər mənim yoldaşımla dava edirdi. Yoldaşım rəhmətə gedəndən sonra isə Bayramla dava-dalaş etməyə başladı".

Daha sonra ifadə verən Gülər Əhmədova bildirib ki, həm təqsirləndirilən şəxs, həm də mərhum onun qardaşıdır:

"Ailəmiz həmişə sakit ailə olub. Heyif atamdan, heyif anamdan ki, belə övladları var. Vasifin içkiyə meyilli olması hadisələrin bu yerə çatması ilə nəticələndi. Mərhum qardaşım davakar idi. Günahkar odur. Bayramın heç bir günahı yoxdur. Mərhum qardaşım hamımızın başına oyun açır, hamımızla dava edirdi. Yaxşı insan deyildi. Hər dəfə bizə gələndə dava salırdı. Buna görə yoldaşım onun bizə gəlməyini istəmirdi. O, ailəmizdə qara yara kimi idi. Olan Bayrama oldu. Ona cəza verməyin".

Növbəti proses mayın 8-də davam edəcək.

İttihama görə, ötən il dekabrın 7-də, gecə saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bayram Fətəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Seçilən
115
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
81
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
78
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
66
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
62
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
57
Azərbaycanda bu məhsul bahalaşdı
56
Həlak olan şəxslər sabah dəfn olunacaq
56
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
51
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
50
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
49
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
46
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
46
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
44
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
43
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
41
Helikopter qəzası ilə bağlı yeni xəbər
39
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
34
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
33
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
28
Zaqtalanın bir neçə kəndində sel suları bir sıra fəsadlar törədib
27