AZ

Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular

Tavuşun Kirants kəndinin sakinləri delimitasiya prosesi çərçivəsində Azərbaycana verilməsi planlaşdırılan körpünün qarşısını kəsiblər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Kənd sakinlərinin sözlərinə görə, ərazinin minalardan təmizlənməsi prosesi və digər delimitasiya işləri bu yerdən bir qədər uzaqda aparılacaq. Kənd sakinləri bunun qarşısını almağa çalışırlar.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər./Publika.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq