AZ

MEDİA mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirir - FOTO

Aprelin 25-də Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün silsilə təlimlər çərçivəsində “Böhran kommunikasiyası” mövzusunda növbəti təlim keçirilib.

 

Modern.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələri ilə dövlət orqan və qurumları arasında düzgün və effektiv kommunikasiya mexanizminin qurulmasının cəmiyyətin ilkin mənbədən informasiya ilə təmin edilməsi baxımından olduqca önəmli olduğunu deyib. O vurğulayıb ki, böhran kommunikasiyası dövründə media ilə qarşılıqlı səmərəli işin və əlaqələrin təşkili, müxtəlif səviyyələrdəki media mesajlarının operativ hazırlanması və ictimaiyyətə ötürülməsi peşəkar və müasir tendensiyalara əsaslanan yanaşma tələb etdiyindən bu kimi təlimlərin davamlı olaraq keçilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi mühüm əhəmiyyət daşıyır.

 

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə diqqətə çatdırıb ki, belə peşəkar təlimlərin baş tutması PR mütəxəssislərinin media ilə qarşılıqlı əməkdaşlığının inkişafına, genişləndirilməsinə və sözügedən sahədə ünsiyyətin dinamikliyini artırmağa böyük töhfə verəcəkdir.

 

Təlim zamanı Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson “Böhranın müəyyən edilməsi”, “Böhran zamanı planlaşdırma”, “Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası”, “Böhran zamanı sosial medianın rolu”, “Ssenari planlaşdırılması”, “Ssenari üzrə fəaliyyət”, “Nəticələr üzrə müzakirə” adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıb. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

 

Qeyd edək ki, iki gün davam edəcək təlimin keçirilməsində məqsəd dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7984
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5224
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5013
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4760
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4533
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3747
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3068
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2759
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2696
Sabah 20 dərəcə isti olacaq
2639
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2277
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2236
Röyanın biabırçı videosu yayıldı
2148
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2088
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2051
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1822
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1705
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607