AZ

​​​​​​​Dmitro Kuleba Azərbaycana TƏŞƏKKÜR EDİB - FOTO

Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri rəsmi “X” hesabında bununla bağlı paylaşım edib.

“Ceyhun Bayramovla telefon danışığı zamanı Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdim. Mən Azərbaycana humanitar yardıma görə minnətdarlığımı bildirdim. Həmkarıma Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna hücumları barədə də məlumat verdim. Gələcək ikitərəfli təmaslar barədə razılığa gəldik”, - deyə Kuleba qeyd edib.
 

 


Bizim.Media

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
332
41
bizim.media

10Mənbələr