AZ

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

DİN:

Bakı, 25 aprel, AZƏRTAC

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 2 patron darağı və 8 patron təhvil götürülüb.

Həmin gün Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat nəticəsində 5 müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
21
azertag.az

10Mənbələr