AZ

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Ötən

Bakı, 24 aprel, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, müxtəlif markalı 9 tüfəng, 3 patron darağı və 63 patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 tüfəng və 52 patron aşkarlanaraq götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
21
azertag.az

10Mənbələr