AZ

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO

Baku TV-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlıya həsr olunmuş araşdırma efirə gedib.

Qeyd olunub ki, Cümhuriyyətimizin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə Cəfər Cabbarlı haqqında danışarkən mistik bir məqama - onun doğum gününün də, ölüm gününün də Yeni ilə təsadüf etdiyinə diqqət çəkirdi:

20 mart 1899-cu il və 31 dekabr 1934-cü il. Həmçinin vurğulanıb ki, Cəfər Cabbarlının teatr sənəti ilə tanışlığı daha erkən yaşlarında başlayıb. O, 1915-ci ildə 3 saylı ali ibtidai məktəbdə təhsil aldığı vaxtlarda ilk səhnə əsərini - "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" pyesini qələmə alır. Başqa bir pyesini - "Solğun çiçəklər"i də elə həmin il yazır. Dramaturqun qələmə aldığı "Ədirnə fəthi" əsərində onun türkçülük ideallarına heyranlığı özünü bariz şəkildə göstərir.

Bakının daşnaklardan azad olunması münasibətilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın şərəfinə bugünkü Filarmoniyada böyük bayram təntənəsi keçirilir. Həmin gün "Ədirnə fəthi"ndən kiçik bir hissə oynanılır.

Tamaşanı seyr edən Nuru Paşa bu əsərin müəllifi olan Cəfər Cabbarlı ilə görüşmək qərarına gəlir. Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C.Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir. Cəfər 1920-ci il aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşam, milli hərəkatın bir çox cavan fəalları ilə Məhəmməd Əmin Rəsulzadənin evinə yığışır və beləliklə, "Gənc müsavatçılar" hərəkatı yaranır.
Bu gizli təşkilatın sədri Mirzəbala Məmmədzadə, baş katibi isə Cəfər Cabbarlı olur. 1923-cü ildə bir çox gənc ictimai-siyasi xadim kimi Cəfər Cabbarlı da həbs edilir. Sonralar Türkiyədə mühacir həyatı yaşayan Mirzəbala Məmmədzadə o dövrü belə xatırlayır:

"1919-1920-ci illərdə "Müsavat" firqəsinin Bakı komitəsinin əzası olan Cəfər Cabbarlı 1923-cü ilin yayında Bağırovun Çekasında dizə qədər su dolu qaranlıq zirzəmidə saxlanılırdı".

Ətraflı süjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17281
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12438
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9939
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4090
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3669
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2977
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2569
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2197
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
871
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777