AZ

Çində 2030-cu ilə qədər hər 3 avtomobildən 1-i elektromobil olacaq

Bakı. Trend:

Çinin magistral avtomobil yollarında 2030-cu ilə qədər deməkolar ki, hər 3 avtomobildən 1-i, ABŞ və Avropa İttifaqında isə hər5 avtomobildən 1-i elektromobil olacaq.

Trend Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadlaxəbər verir ki, bu il dünyada satılan hər 5 avtomobildən 1-ninelektrik avtomobili olacağı gözlənilir və növbəti onillikdə artantələbat qlobal avtomobil sənayesini yenidən quraraq neftistehlakını əhəmiyyətli dərəcədə azaldacaq.

Hesabata əsasən, qlobal elektromobil satışları bu ilin sonunaqədər 17 milyona çatacaq. Birinci rübdə satışlar ötən ilin eynidövrü ilə müqayisədə təxminən 25 faiz artıb. Bu ilin ilk üç ayındadünya miqyasında satılan elektromobillərin sayı 2020-ci ildəsatılan ümumi elektromobillərin sayına bərabərdir.

Cari il Çində elektromobil satışlarının təxminən 10 milyonayüksələcəyi proqnozlaşdırılır ki, bu da ölkədəki bütün avtomobilsatışlarının təxminən 45 faizini təşkil edir. ABŞ-da isə satılanhər 9 avtomobildən 1-nin elektromobil olacağı proqnozlaşdırılır.Avropada minik avtomobillərinin zəif satış proqnozlarına və bəziölkələrdə subsidiyaların mərhələli şəkildə ləğv edilməsinəbaxmayaraq, elektromobillər satılan hər 4 avtomobildən 1-ni təşkiledəcək.

Bu artım 2023-cü ilin rekord göstəricisinə əsaslanır. Ötən ilqlobal elektromobil satışları 35 faiz artaraq 14 milyona çatıb.Tələb əsasən Çin, Avropa və ABŞ-da olsa da, Vyetnam və Tayland kimibəzi inkişaf etməkdə olan ölkələrin bazarlarında da artımsürətlənərək ümumi satılan avtomobillərin müvafiq olaraq 15 faiz və10 faizini təşkil edib.

Ölkələrin elan etdiyi enerji və iqlim öhdəlikləri tam vəvaxtında yerinə yetirilərsə, 2035-ci ilə qədər satılan hər 3avtomobildən 2-si elektrik mühərrikli olacaq. Bu öhdəlikləravtomobillərdən tutmuş mikroavtobuslara, yük maşınlarına,avtobuslara, iki və üç təkərli avtomobillərə qədər sürətli tətbiqedilərək, gündə təxminən 12 milyon barel neft ehtiyacının qarşısınıalır ki, bu da Çin və Avropadakı nəqliyyatda neftə olan cari tələbiqarşılayır.

Hesabata görə, ictimai elektrik enerjisi doldurma məntəqələrininmövcudluğunu elektromobillərin satış tempinə uyğunlaşdırılmasıgələcək artım üçün çox vacibdir. Qlobal miqyasda quraşdırılmış buməntəqələrin sayı 2022-ci ilə nisbətən 2023-cü ildə 40 faiz artıb.Bununla belə, hökumətlər tərəfindən verilən vədlərə uyğun olaraq,elektromobillərin sayının planlara uyğun artması üçün bu məntəqələr2035-ci ilə qədər 6 dəfə artırılmalıdır. Eyni zamanda, enerjiyətələbatın elektrik şəbəkələrində həddindən artıq gərginliyə səbəbolmaması üçün siyasi dəstək və diqqətli planlaşdırma lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
8
Mənbələr
Şərh ()
Bağla