AZ

Cəlilabadda baş verən qəzada sürücü ağır xəsarət aldı

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ələt-Astara magistralını 88 km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı betona çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsini idarə edən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq