AZ

Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO

Tom Gilbi adlı şərabçı London Marafonu zamanı şərabların dadına baxaraq xeyriyyə məqsədi ilə 13 000 funt-sterlinqdən (təxminən 27 500 AZN - red.) çox pul toplayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tom Gilbi məşhur marafonda 2000 funt-sterlinq toplamaq üçün qaçmağa qərar verir. O, hər keçdiyi milin sonunda müxtəlif şərablardan dadıb və şərabın hazırlandığı üzümün çeşidini, ölkəsini təxmin edib. O, ümumilikdə 25 şərabın dadına baxaraq bütün məsafəni 4 saat 41 dəqiqəyə qət etməklə finişə çatıb.

Gilbi qeyd edib ki, o, şərabdan bir qurtum alıb sonra tüpürməklə sərxoşluqdan xilas ola bilib. O, yarışı başa vurduqdan sonra bir qədəh şampan da içib və uğurunu təkrarlamağa cəhd göstərməyəcəyini qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla