AZ

“Qarabağ”ın direktoru gözlənilməz transfer xəbərinə aydınlıq gətirdi: “Oturub danışacağıq”

"Bizə Zubirlə bağlı heç bir təklif gəlməyib".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl Abdullah Zubirin Avropa klublarının maraq dairəsində olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Fransa Liqa 1 təmsilçisi “Tuluza”nın 33 yaşlı yarımmüdafiəçini transfer etmək istəməsi ilə bağlı iddialara münasibət bildirən klub rəsmisi bu barədə məlumatlı olmadığını söyləyib:

“Bununla bağlı nəsə demək düzgün çıxmaz. Çünki Zubir hazırda bizim futbolçumuzdur”.

Funksioner təcrübəli oyunçu ilə müqavilənin mümkün uzadılması məsələsinə də toxunub: “Hər şey mövsümün sonunda bəlli olacaq. Oturub danışacağıq”.

2018-ci ildən “Qarabağ”da çıxış edən Abdullah Zubirin klubla müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi legioner futbolçuya yeni müqavilə təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla