AZ

Alimlər ölən adamın orqanizmində koronavirusun 50 dəfə mutasiyasını aşkarlayıb

Hollandiyalı elm adamları vəfat edən 72 yaşlı COVİD-19-a yoluxmuş xəstənin orqanizmində  613 gün ərzində virusun 50 dəfə mutasiyaya uğradığını üzə çıxarıblar. Bu barədə NTV xəbər verib. 
 
Xəbərə görə, qoca COVİD-19 əleyhinə peyvən olunsa da, onun imun sistemi virusa qarşı kifayət qədər qoruyucu reaksiya verə bilməyib. 

Bildirilir ki, o 29 ayda 217 dəfə COVİD-19 əleyhinə peyvən olunub. 
 
Adi genomik araşdırmalar nəticəsində məlum olub ki, kişi ilk dəfə 2022-ci ilin fevralında "Omicron BA.1.17” variantına yoluxub. Lakin bir neçə həftəlik müalicədən sonra virus mutasiyaya uğrayaraq neytrallaşdırıcı antikor müalicəsinə davamlı olur.

2022-ci ilin fevralından 2023-cü ilin sentyabrına qədər toplanmış 27 burun və boğaz nümunəsinin genomik ardıcıllığı göstərdi ki, kişi virusu o vaxt dövriyyədə olan variantlarla müqayisədə əlavə 50 mutasiya toplayıb.

Aygün Mirakif



www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla