AZ

Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

Bakı. Trend:

Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi KosmikTexnologiyalar Konfransı (STC2024) gələn il Bakıda keçiriləcək.

Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbərverir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlikrəhbərlərinin üçüncü toplantısında elan edilib.

Toplantıda qeyd edilib ki, kosmik sahədəki qlobal tədbirə evsahibliyi etmək kimi təcrübəyə malik olması gələn il TürkDövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün dəBakıda keçirilməsinə imkan verir.

Qeyd edək ki, hazırda üçüncü dəfə keçirilən Konfransa TürkiyəKosmik Agentliyi ev sahibliyi edir. Konfrans çərçivəsində TürkDövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncütoplantısı işə başlayıb. Toplantıda Türk Dövlətləri Təşkilatına üzvolan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
8
Mənbələr
Şərh ()
Bağla