AZ

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

“Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Valyuta.az-a Baş Prokurorluqdan məlumat daxil olub.  

Məlumatda qeyd edilir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin vəzifəli şəxsi Eldəniz Dadaşov barəsində həmin məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib, vəzifəli şəxs müvafiq qərarla 3 min 500 manat məbləğində inzibati cərimə edilib.

Hüseyn

Seçilən
119
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
31
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
21
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
17
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
16
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
12
Bu yol qovşağında təmir işləri aparılacaq
11
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
11
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq
10
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
9
Çingiz Mustafayevin toyudur - FOTOLAR
9
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
9
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
8
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
8
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
7
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
7
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
6
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6
Məzahir Pənahov müşahidəçilərə çağırış etdi
5
Məşhur fenomen ərinin ona xəyanət etdiyi görüntüləri paylaşdı - FOTO
4
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4