AZ

Məşhur fenomen ərinin ona xəyanət etdiyi görüntüləri paylaşdı - FOTO

Türkiyəli fenomen Esin Çepni YouTuber əri Bilal Hancının bir qadınla öpüşdüyü anları yayımlayaraq göz yaşlarına boğulub.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhərə qədər yatmadığını və böyük ağrılar keçirdiyini bildirən fenomen ərinə etiraz edərək "Mən sənin xəyanətindən səssizcə əziyyət çəkəcək biri deyiləm", - deyib.

Esin Çepni İnstaqram hesabından verdiyi açıqlamada ağrısını bu sözlərlə dilə gətirib:
 
"Xaricim çox sərt olsa da, həmişə güclü olmağa çalışdım, içim qan ağladı. Bu gün anladım ki, çöldə ağlayanlar qorxur. Sənin şəfqətli və layiqli olduğunu düşündüklərin, əslində sənə qarşı olanlardır. Bu gecə başımdan qaynar su töküldü. Səbəbini öz gözlərimlə gördüm. İstəyirəm ki, siz də bunu görəsiniz”.
 
Əri Bilal Hancının başqa bir qadınla öpüşdüyü görüntüləri ortaya çıxardıqdan sonra göz yaşlarına boğulduğu anları da yayımlayan Çepni fiziki və ruhən yaxşı olmadığıı da dilə gətirib.
 
Qeyd edək ki, Bilal Hancı hələ də həyat yoldaşının paylaşımları ilə bağlı açıqlama verməyib.
 

 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
256
1
7news.az

10Mənbələr