AZ

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətlər bu gün də inkişaf edir - RƏY

Bakı. Trend:

XX əsrin dahi şəxsiyyətləri sırasında Azərbaycan xalqınıngörkəmli nümayəndəsinin olması Azərbaycanın müasir demokratikdövlət quruculuğu prosesinə əhəmiyyətli təkan verib. Məhz Ulu ÖndərHeydər Əliyevin səyləri nəticəsində formalaşmış müasir AzərbaycanRespublikası bu gün Birləşmiş Millətlər Təşkilatının tamhüquqluüzvü kimi qlobal arenada böyük nüfuz sahibidir. Təsadüfi deyil ki,Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dövlətmüstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində yorulmazfəaliyyətin simvoluna çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyevdeyib.

O bildirib ki, dünyanın böyük qütbünə rəhbərlik edən,konfederativ quruluşa malik SSRİ-nin dövlət idarəçiliyində yüksəkyer alan, yeganə müsəlman olan Heydər Əliyevin quruculuq fəaliyyətionun ətrafına olan professional yanaşması və insani münasibəti,multikultural dəyərlərə sadiqliyi tariximizin həmin mərhələsininöyrənilməsini daha da vacib edir.

“Azərbaycan xalqının təmsilçisi olaraq Ulu Öndər vahid ittifaqdayer alan, habelə onunla dərindən əməkdaşlıq edən Respublikalarlamünasibətə xüsusi yer verib. Xüsusilə vahid ittifaqın enerjimənbəyi olan Rusiyanın ərazisində meqalayihələrin həyatakeçirilməsində beynəlmilik, tolerantlıq, yüksək idarəçilikprinsiplərini tətbiq etməklə, Heydər Əliyev müasir AzərbaycanRespublikasının bugünkü qlobal çağırışların həllində gördüyü işlərüçün əvəzsiz təcrübə ortaya qoyub.

22 aprel 2024-cü il tarixində Prezident İlham Əliyevin VladimirPutinin dəvətilə Rusiya Federasiyasına səfəri çərçivəsindəBaykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilədəmir yolu sahəsinin veteranları və işçiləri ilə keçirilən görüşdəiştirak etməsi Ümummilli Liderin irsinin müasir çağırışlarda yeralmasının bariz nümunəsidir.

Qeyd edim ki, 1940-1989-cü illərdə tikilən, ümumi uzunluğu 4300km təşkil edən BAM Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakitokeana çıxan dəmir yol magistralıdır.

Həmin görüşdə o vaxtın canlı şahidi olmuş veteranlar tərəfindəndə qeyd olunduğu kimi, BAM-ın tikinti işlərinin yekunlaşmasındahökumət komissiyasının rəhbəri olaraq Ümummilli Liderin misilsizxidmətləri olub. Bu gün BAM təkcə Rusiya Federasiyası üçün yox,həmçinin demək olar ki, bütün Avrasiya məkanının logistikxəritəsinin formalaşmasında mühüm rol oynayır”, - deyə M.Əfəndiyevbildirib.

O qeyd edib ki, təsadüfi deyil ki, məhz əldə olunmuş təcrübəplanetimizin və dünya əhalisinin daha yaxşı yaşaması üçünAzərbaycana “Şimal-Cənub”, “Şərq-Qərb” Beynəlxalq NəqliyyatDəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsinə töhfəverərək, qlobal nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçünfaydalılığını ortaya qoymağa şərait yaradır.

“Ümumiyyətlə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasıarasında ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsassənəd 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq vəqarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilinyanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə ikiqonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələninəsasını qoyub.

Prezident İlham Əliyevin bu səfərini eyni zamanda, 22 fevral2022-ci il tarixində Azərbaycan və Rusiya prezidentləri tərəfindənimzalanan Moskva Bəyannaməsinin icrasından irəli gələrək logistikavə ticarət, eləcə də müxtəlif sahələrdə əməkdaşlığıngücləndirilməsi üçün növbəti bir addım kimi dəyərləndirməkolar.

Belə ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarınınhəcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərinhəcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub BeynəlxalqNəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44faizdən çox olub. Eyni zamanda, hazırda Azərbaycanda Rusiyakapitalı ilə 1400-dən çox müəssisənin fəaliyyət göstərməsi, ötən ilRusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarınınməbləğinin 300 milyon dollara yaxın olması iki dövlət arasındagötürülmüş öhdəliklərə sadiqliyin əyani təzahürüdür.

Müasir Azərbaycan tarixi ilə müasir Rusiya tarixinin eyni dönəmətəsadüf etməsi, geosiyasi mövqelərimiz, eləcə də xalqlararasımünasibətləri nəzərə aldıqda görürük ki, iki ölkə arasında sülhə vəregional sabitliyə əsaslanmış münasibətlər bu gün də uğurla inkişafetdirilir”, - deyə deputat əlavə edib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla