AZ

Qriqoryan Sankt-Peterburqda keçiriləcək görüşə getməyəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Sankt-Peterburqda bu gündən start götürəcək Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin 12-ci Beynəlxalq görüşündə iştirak etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Kütləvi İnformasiya vasitələri məlumat yayıb.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Raşid Nurqaliyev bildirib ki, tədbirin əsas mövzularından biri formalaşmaqda olan çoxqütblü dünya kontekstində informasiya təhlükəsizliyi olacaq.

Qeyd edək ki, Beynəlxalq görüşə aprelin 25-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla