AZ

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Alman moda istehsalçısı "Hugo Boss" Rusiya hökumətinin xarici investisiyalar üzrə alt komitəsindən ölkədəki biznesini satmaq üçün icazə alıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəis müavini Viktor Evtuxov məlumat verib.

Brendin aktivlərinin yeni sahibi "Stockmann" şirkəti olacaq. Müqavilənin bu ilin üçüncü rübündə bağlanması planlaşdırılır. Eyni zamanda, 2022-ci ilin martında fəaliyyətini dayandıran pərakəndə mağazalar da açılacaq.

Əməliyyatın məbləği və digər təfərrüatları açıqlanmayıb. Lakin məlumdur ki, müqavilənin şərtlərindən biri "Hugo Boss Rus" MMC-də (təxminən 150 işçi) bütün iş yerlərinin qorunub saxlanmasıdır.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla