AZ

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü baş tutacaq.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə “Xəzri” və “Sərhədçi” kollektivləri üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də keçiriləcək.

Ötən gün pley-off mərhələsinin ilk görüşündə “Xırdalan” “Neftçi”yə 80:75 hesabı ilə qalib gəlib.

Pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla