AZ

Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib

Bakı. Trend:

16 aprel 2024-cü il tarixdə Xalq Bank Türkiyə RespublikasınınZiraat Bankının 1.7 milyard dollar məbləğində dayanıqlı inkişafınmaliyyələşdirilməsi məqsədli iri sindikat kreditləşməsi layihəsindəiştirak etmişdir. Həmin vəsaitlər dayanıqlı kənd təsərrüfatınımaliyyələşdirmək üçün istifadə ediləcəkdir.

Layihədə 32 ölkədən 72 bank yer almışdır. Xalq Bankın bulayihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi vəTürkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafınıntəmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçünkreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirməalətidir.

Xatırladaq ki, Xalq Bank artıq 3-cü ildir ki, Ziraat Bankınsindikat kreditləşməsi layihələrində uğurla iştirak edir. Öncəkilayihələr ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinəistinad edən ESG standartlarını əhatə edirdi.

Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cüildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 120nümayəndəliyi mövcuddur.

2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balansgöstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilküçlükdə yer alır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
7
Mənbələr
Şərh ()
Bağla