AZ

İcra məmurunun təqdimatıyla borclunun əmlakına həbs qoyulmasının prosessual əsasları müəyyən edilib

Borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsasları müəyyən edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

"İcra haqqında" qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatına məhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən baxıldığı nəzərə alınaraq, Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq "borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri" ifadəsi əlavə edilib.

Həmçinin əlavə edilən 231.3-1-ci maddənin tələblərinə müvafiq olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətləri müəyyən edilib. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılacaq.

Seçilən
41
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3563
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3488
Bu yol qovşağında təmir işləri aparılacaq
2958
Bakıda hoteldə yanğın başlayıb
2563
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1587
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1524
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1355
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1169
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1168
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1115
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
993
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
992
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
864
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
857
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
855
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
833
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
812
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
792
Sabah 5 kəndin qazı kəsiləcək
754