AZ

Borclunun əmlakı üzərinə həbs qoyulmasının prosessual əsasları müəyyən edilib

Borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsasları müəyyən edilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

“İcra haqqında” Qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatına məhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən baxıldığı nəzərə alınaraq, Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsi əlavə edilib.

Həmçinin əlavə edilən 231.3-1-ci maddənin tələblərinə müvafiq olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətlərinin müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılacaq.

Seçilən
35
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18423
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17737
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16970
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15647
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15478
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14581
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13598
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13233
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10950
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10892
"Zaur, yenə çaşdın..." - VİDEO
8524
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7537
Minimum əmək haqqı nə qədər arta bilər?
6738
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6730
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6329
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5590
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5452
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5356
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4995