AZ

“Neftçi”nin iki futbolçusu derbidə oynamayacaq

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq “Neftçi”nin zədəli futbolçularının son durumu müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandada yalnız bərpa prosesi keçən Emil Balayev və cəzalı Eddi İsrafilov bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü bu gün saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla