AZ

Gürcüstan mətbuatı “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumundan yazır

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.Belə ki, “newsday.ge”, “interpress.ge”, “24news.ge”, “actual.ge”, “realnews.ge”, “qafqazturk.com” informasiya portalları Azərbaycan, rus və gürcü dillərində silsilə materiallar dərc ediblər.Prezident İlham Əliyevin çıxışına istinadla yayılan materiallarda Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərildiyi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətdiyi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı barədə fikirləri yer alıb.Mətləb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla