AZ

Nazirlik avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət etdi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrindəyanğınlarla bağlı əhaliyə müraciət edib.

Trend nazirliyə istinadənxəbər verir ki, müraciətdə deyilir:

"Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası,o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsiistiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirləringörülməsini davam etdirir.

Bu çərçivədə son dövrlər avtonəqliyyat vasitələrində baş vermişyanğınların təhlili onu göstərir ki, avtomobilin elektriksistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrinyüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi, təhlükəliyüklərin düzgün daşınmaması, avtoqəza belə yanğınların əsassəbəbləridir. Təəssüflə qeyd edilməlidir ki, təkcə 2024-cü ilinbirinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrindəyanğınla bağlı “112” qaynar telefon xəttinə 170 məlumat daxil olubvə yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsindəyanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısıalınıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyiavtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərəkmüvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyəçağırır. Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdəsaxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəzolunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişiklikləredilməməli, təhlükəli yüklərin daşınması qaydalarına əməl edilməlivə yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir.Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkməktəhlükəlidir!

Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli vəbalonun saz və istifadəyə yararlı olması daim nəzarətdəsaxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə, əsasənavtomobilin salonunda saxlanılmalıdır.

Yadda saxlanmaq lazımdır ki, avtomobilin salonunda tüstü və yayanıq qoxusu yanğın əlamətidir. Avtomobildə alışma və ya yanğınlabağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın vəmühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin vəmümkündürsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyəçalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsizməsafəyə (ən azı 10 metr aralıya) çəkilin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
21
Mənbələr
Şərh ()
Bağla