AZ

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Zəngilan, 24 aprel, AZƏRTAC

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları öncə Zəngilan şəhərinə gəliblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.

Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
15
Mənbələr
Şərh ()
Bağla