AZ

Beş boksçumuzun beşi də ir gündə uduzdu

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının (15 aprel - 29 aprel) 6-cı günü Azərbaycan boksçuları üçün uğursuz olub.

Dünən 1/4 final mərhələsində rinqdə çıxan 5 qadın boksçusumuzun hamısı məğlub olub. Beləliklə, onlar Avropa çempionatını medalsız başa vurublar. 

Yenisabah.az yarışın saytına istinadən xəbər verir ki, həmin boksçuların iştirakı ilə keçirilən döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan) - 0:5

50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya) 1:4

52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan) - 0:5

57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan) - 0:5

66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya) - 0:5

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatına ümumən 18 boksçu ilə yollanıb. Onlardan 11-i çıxışını başa vurub. Hələlik yalnız kişi boksçusu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla