AZ

Azərbaycan Kubokunda finalçılar məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.
Trend xəbər verir ki, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.
İlk olaraq "Qəbələ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.
Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
8
Mənbələr
Şərh ()
Bağla