- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
ABŞ senatorları keçirilən prosessual səsvermə çərçivəsində Ukrayna, İsrail və Hind-Sakit Okean regionundakı müttəfiqlərə əlavə maliyyə yardımı ayrılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyiblər.
Trend-in məlumatına görə, bu barədə "PBS" televiziya və radio kanalı bildirib.
Məlumata əsasən, təşəbbüsləri 80 senator dəstəkləyib. 19 senator əleyhinə çıxış edib.
Ukraynaya yardım haqqında qanun layihəsi Kiyevə təxminən 61 milyard dolların ayrılmasını nəzərdə tutur. Sənədə əsasən, Kiyevə yardım indi təmənnasiz deyil, kreditlə veriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.