AZ

KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi

İrəvanın təşkilatın işində iştirakını məhdudlaşdırmaq qərarına baxmayaraq, KTMT Ermənistan qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməkdə davam edir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

“Ermənistan həqiqətən də KTMT-nin işində iştirakını məhdudlaşdırıb, lakin əsas qarşılıqlı fəaliyyət mexanizmləri işlək olaraq qalır. Həmçinin, təşkilatın gündəliyi üzərində iş davam edir, KTMT-nin Ermənistan qarşısında bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq qalır”, - baş katib qeyd edib.

Tasmaqambetov vurğulayıb ki, Ermənistanın seçimi – KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq, müstəqil dövlətin suveren qərarı olacaq.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla