AZ

"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq

“Qəbələ” Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Zirə” ilə evdə keçiriləcək cavab oyununun hazırlıq prosesini başa vurub. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, zədəli olan iki futbolçu komandanın məşqində iştirak etməyib. Ülvi İsgəndərov və Samuel Tetteh hazırlığa qatılmayıblar.

Qeyd edək ki, aprelin 24-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Zirə” qarşılaşması saat 17:00-da başlayacaq.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
Mənbələr
Şərh ()
Bağla