- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Türkiyə yayda PKK terror təşkilatına qarşı planlaşdırılan hərbi əməliyyatlar üçün İraqla sərhəddə Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirə bilər.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb .
Ankara belə bir addım atarsa, bu, Türkiyəyə tədarük edilən S-400 raket kompleksinin ilk dislokasiyası və ya istifadəsi olacaq.
Türkiyə və Rusiya arasında sözügedən raketlərlə bağlı anlaşma 2017-ci ildə imzalanıb. Müqavilənin dəyəri 2.5 milyard dollardır.
Anlaşma ABŞ-nin kəskin tənqidinə səbəb olub. Bundan sonra Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından uzaqlaşdırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.