AZ

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildiAprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan dövlət bayrağının qaldırılması barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.Dövlət başçısı “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb."Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib.

Seçilən
47
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
475
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
403
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
328
Azərbaycanda bu məhsul bahalaşdı
312
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
290
Helikopter qəzası ilə bağlı yeni xəbər
278
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
275
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
271
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
267
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
264
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
243
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
238
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
223
Həlak olan şəxslər sabah dəfn olunacaq
201
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
200
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
194
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
181
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
169
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
161
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
140